Almaniyada daha 353 nəfərdə koronavirus aşkarlandı

 

Almaniyada son sutka ərzində daha 353 nəfərdə koronavirus aşkarlanıb, 62 pasiyent vəfat edib. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistikanı aparan Robert Kox Universiteti məlumat yayıb.

Universitetdən bildirilib ki, Almaniyada ümumilikdə 179 717 yoluxma, 8 411 ölüm halı qeydə alınıb, 163 mindən çox insan dünyasını dəyişib.

Daha çox yoluxma halı Bavariya (46 729), Şimali Reyn-Vestfaliya (37 698) və Baden-Vürtemberqdə (34 129) qeydə alınıb.

Berlində 6 703 yoluxma halı aşkarlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}