Almaniyada bir gündə koronavirusa 475 nəfər yoluxdu
Almaniyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb. Şəffaflıq.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib. İnstitutun məlumatına görə, son bir gün ərzində ölkədə yeni tip koronavirusa yoluxanların sayı 475 nəfər artıb. Qeyd edilir ki, AFR-də bütün pandemiya ərzində təhlükəli virusa 183 271 yoluxma aşkarlanıb, COVID-19-dan 8 613 ölüm qeydə alınıb. Koronavirusa yoluxmuş 168,5 mindən çox insan sağalıb. Virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 47 268 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimali Reyn-Vestfaliyada 38 439 və Baden-Vürtemberqdə 34 870 insanın COVID-19 analizi müsbət nəticə verib. Berlində virusa 6 946 yoluxma qeydə alınıb. Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
Facebook-da paylaş