Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

 

“Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”. qeydə alınıb.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb.

Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb.

Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}