Əsas Səhifə > REGİON > Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb24-05-2020, 16:49 |
“Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”. qeydə alınıb. Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib. O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb. Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb. Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb. Geri qayıt |