“Türkiyənin Malatya şəhərində VIII Beynəlxalq Malatya Film Festivalı keçiriləcək.
Jüridə Türkiyə, İran və Azərbaycandan üç nəfər olacaq. Türkiyəni tanınmış rejissor Məsud Uçakan, İranı Mohammed Attabai, Azərbaycanı isə mən təmsil edirəm.
Bütün dünyadan, xüsusilə də Avropadan xeyli sayda filmlər nümayiş etdiriləcək və jurin də onlara öz qiymətini verəcək”.
Bunu
Moderator.az-a açıqlamasında tanınmış yazıçı, ssenarist, televiziya jurnalisti Orxan Fikrətoğlu deyib.
Qeyd edək ki, o, 8-16 noyabr tarixində keçiriləcək beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycanı jüri heyətində təmsil edəcək.
Yazıçı bu barədə danışarkən, hadisənin bir neçə vacib məqamlarına da toxunub:
“Bunun önəmi odur ki, burada Azərbaycanla bağlı xeyli önəmli çıxışlar etmək olar. Həm beynəlxalq film mübadiləsi baxımından, həm təcrübəni artırmaq mənasında çox əhəmiyətlidir. Həm də festival daxilindəki müxtəlif panellərdə Azərbaycan haqqında danışmaq olar. Bir sözlə, beynəlxalq tədbirdi, önəmi çoxdur”.
Facebook-da paylaş