Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
Fransa parlamenti koronavirusla bağlı vəziyyətə görə səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin 10 iyula qədər uzadılması haqqında qanun layihəsini qəbul edib.
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin “Twitter”dəki səhifəsində bildirilir.
"Qarışıq paritet komissiyasında deputatlar və senatorlar arasında hazırlanmış razılaşmadan sonra Milli Məclis (parlament aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyəti uzadan qanun layihəsini qəbul etdi”, - Milli Məclisin “Twitter” səhifəsində qeyd edilir.
Fövqəladə sanitar vəziyyət haqqında qanun martın 24-də qüvvəyə minib. Bu rejim iki ay müddətinə - 24 maya qədər tətbiq olunmuşdu.
Qanun layihəsi bundan əvvəl Fransa Senatında bəyənilib.
Son məlumatlara görə, Fransada koronavirus qurbanlarının sayı 26,3 min nəfəri ötüb. Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 22 614 insan müalicə edilir, onlardan 2 812 nəfəri reanimasiya şöbələrinə yerləşdirilib.
Facebook-da paylaş