Rusiyada 1656 hərbçi koronavirusa yoluxub
Rusiyada yeni növ koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb.
Şəffaflıq.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxan hərbçilərdən 418-i Müdafiə Nazirliyinin hospitallarında, 19 hərbçi mülki xəstəxanalarda müalicə alır, 568 hərbçi izolyasiyaya yerləşdirilib, 651 hərbçi isə ev karantinində qalır.
Bildirilir ki, koronavirusa yoluxan hərbçilərdən 3 nəfərinin vəziyyəti ağır, 14 nəfərinin vəziyyəti isə orta-ağırdır.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 198 676 nəfər, koronavirusdan ölənlərin sayı isə 1 827 nəfər təşkil edir.
Xəbəri paylaş
Facebook-da paylaş