Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər; - 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Yaktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








