Oğuzda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunub
Oğuzda narkokuryerlikdə təqsirləndirilən iki nəfər həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotiki satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








