Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb. "Report"un Aran bürosuna bu barədə məlumatı verən Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşdığını bildirib. Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








