Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinə 6 il həbs cəzası verilib


Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun 6 il müddətə azadlıqdan məhrum edilib.

Şəffaflıq.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Xatırladaq ki, prokuror Q. Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.

Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}