Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb
Bakıda 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb. Şəffaflıq.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Gülər Yamil qızı Zamanova Biləcəri qəsəbəsində evinin pəncərəsini silən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








