Dünyanın ən böyük silah ixracatçıları - Siyahı

 

2015-2019-cu illərdə dünyada silah satışının ümumi həcmi əvvəlki 5 illik hesabatla müqayisədə 5,5 faiz artıb.

Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında qeyd edilib. Hesabatda son 5 ildə silah ixracına liderlik edən ölkələrin ABŞ, Rusiya,Fransa, Almaniya və Çin olduğu bildirilib. 2010-2014-cü ilin hesabatı ilə müqayisədə isə silah ixracını ən çox ABŞ (23%) və Fransa (72%) artırıb.
Bununla yanaşı əvvəlki illərlə müqayisədə Rusiyanın silah ixracının 18 faiz azaldığı məlum olub.
2015-2019-cu ilin hesabatına əsasən dünyanın ən böyük 10 silah ixrac edən ölkəsinin siyahısına ilk dəfə Cənubi Koreyanın da daxil olduğu qeyd edilib. Bu ölkənin silah satışı əvvəlki hesabatla müqayisədə 143 faiz artıb. İsrail isə silah idxalını 77 faiz artıraraq rekord səviyyəyə yüksəlib.
Hesabata əsasən qonşu ölkə Türkiyənin isə silah idxalı 48 faiz düşüb. Buna səbəb də silahların təhvil verilməsi prosesində gecikmələr, eləcə də ABŞ-la F-35 müqaviləsinin dayandırılması və s. səbəblər olduğu qeyd edilib.
Həmçinin hesabatda o da bildirlib ki, 2015-2019-cu illər ərzində Yaxın Şərqə silah tədarükü 61 faiz artıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}