Hacıqabul sakinindən sənədsiz silah götürülüb.

Hacıqabul sakinindən sənədsiz silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin veridiyi  məlumata görə, Şəffaflıq.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində rayon sakini İlqar Səttarov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1 ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}