Kürdəxanıda avtomobil piyadanı vuraraq öldürüb
Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, Hacıağa Ələkbərov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə piyada Lütfi Kərimovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








