Ötən gün ölkədə 9 avtomat silahı, 3 tapança, 3 qumbara aşkarlanıb
Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








