Gəncədə avtomobil idarəetməni itirərək qəza törədib, sürücü ölüb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü ölüb. Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








