Sumqayıtda qatar "KamAz"la toqquşub


Sumqayıt şəhərində qatar "KamAz"la toqquşub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Hərəkətdə olan qatarla "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yük maşını aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}