Ərzurumda evin çökməsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Türkiyənin Ərzurum viayətinin Pasinlər rayonunda bədbəxt hadisə baş verib. Şəffaflıq.az "Haberglobal"a istinadən xəbər verir ki, rayonun Porsuk məhəlləsində yaşayış evinin damı naməlum səbəbdən çöküb. Əraziyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) xilasediciləri cəlb olunub. Dağıntılar altından 3 nəfərin cansız bədəni çıxarılıb, xəsarət alan daha 5 nəfər isə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
