Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadını sağ çıxarıb.-VİDEO


Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Şəffaflıq.az-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.

Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.

Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 10 nəfərin meyiti və bir neçə şəxs sağ çıxarılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}