Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb
Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb. Hər iki şəxs məsuliyyətə cəlb olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
