Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var
Polşanın Yaroslav şəhərində benediktin abbatlığının ərazisində bıçaqlı hücum nəticəsində bir keşiş ölüb, daha dörd nəfər yaralanıb. Bu barədə Şəffaflıq.az RMF FM-ə istinadən xəbər verir. Məlumata görə, hadisə yerində beş zərərçəkən olub. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Keşişlərdən biri xəstəxanada ölüb. Digər ikisinin vəziyyəti ağırdır. Hücum edən şəxs saxlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








