DİN-in duracaqlarında avtomobillərin saxlanılma məbləği təsdiqlənib
Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib. Sıra №-si Adı Ölçü vahidi Haqqın məbləğı (manatla, ƏDV daxil) 1. Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi ədəd*reys 30 2. Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması 2.1. Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün 2 2.2. Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün 3 2.3. Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq ədəd*gün 5 Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır. Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.
Facebook-da paylaş








