Əsas Səhifə > SİYASƏT > DİN-in duracaqlarında avtomobillərin saxlanılma məbləği təsdiqlənib

DİN-in duracaqlarında avtomobillərin saxlanılma məbləği təsdiqlənib


Bu gün, 16:48


Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.

Sıra

№-si


Adı


Ölçü vahidi

Haqqın məbləğı (manatla, ƏDV daxil)

1.

Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi

ədəd*reys

30

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması


2.1.

Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün


2


2.2.

Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün


3


2.3.

Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq

ədəd*gün


5

Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır.

Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.


Geri qayıt