Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var

Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var


Bu gün, 16:44


Polşanın Yaroslav şəhərində benediktin abbatlığının ərazisində bıçaqlı hücum nəticəsində bir keşiş ölüb, daha dörd nəfər yaralanıb.

Bu barədə Şəffaflıq.az RMF FM-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerində beş zərərçəkən olub. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Keşişlərdən biri xəstəxanada ölüb.

Digər ikisinin vəziyyəti ağırdır.

Hücum edən şəxs saxlanılıb.


Geri qayıt