Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aksiya Milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Baş Prokurorluğun və nazirliyin rəhbərliyi, əməkdaşları, eləcə də könüllülər iştirak ediblər. Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








