Əsas Səhifə > Hadisə > Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb

Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb


Dünən, 09:16


Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Şəffaflıq.az


Geri qayıt