Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb


Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.

Bu barədə Şəffaflıq.az Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb.

Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib.

Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçunu axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}