Əsas Səhifə > REGİON > Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıbBu gün, 11:58 |
|
Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb. Bu barədə Şəffaflıq.az Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir. Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb. Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib. Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçunu axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər ölüb. Geri qayıt |