Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır. Lakin ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.
Xəbəri paylaş
Facebook-da paylaş








