ABŞ-ın Dövlət katibi Qazaxıstana GƏLDİ

 

Belarusa səfərindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstanın gəlib.
 
Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
 
Bildirilib ki, səfər çərçivəsində Pompeo dövlət başçısı Kassym-Jomart Tokaev, ilk prezident Nursultan Nazarbayev, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək.

Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəliyi müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 2-3 tarixlərində isə Pompeo Özbəkistanda olacaq. O, prezident Şavkat Mirziyoyev və Xarici İşlər naziri Abdulaziz Kamilovla görüşəcək.

Bundan əlavə, ABŞ-ın Dövlət katibi Daşkənddə keçiriləcək "Orta Asiya - ABŞ" ("C5 + 1") formatında nazirlərin görüşündə iştirak edəcək.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}