Əsas Səhifə > Dünya > ABŞ-ın Dövlət katibi Qazaxıstana GƏLDİ
ABŞ-ın Dövlət katibi Qazaxıstana GƏLDİ2-02-2020, 17:19 |
Belarusa səfərindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstanın gəlib. Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. Bildirilib ki, səfər çərçivəsində Pompeo dövlət başçısı Kassym-Jomart Tokaev, ilk prezident Nursultan Nazarbayev, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəliyi müzakirə ediləcək. Qeyd edək ki, fevralın 2-3 tarixlərində isə Pompeo Özbəkistanda olacaq. O, prezident Şavkat Mirziyoyev və Xarici İşlər naziri Abdulaziz Kamilovla görüşəcək. Bundan əlavə, ABŞ-ın Dövlət katibi Daşkənddə keçiriləcək "Orta Asiya - ABŞ" ("C5 + 1") formatında nazirlərin görüşündə iştirak edəcək. Şəffaflıq.az Geri qayıt |