ABŞ səfirliyinə hücumla bağlı Pompeodan AÇIQLAMA

 ABŞ-ın dövlət katibi Mayk Pompeo İraqın Baş Naziri vəzifəsini icra edən Adil Əbdül Mehdi ilə telefon danışığı zamanı Bağdaddakı Amerika səfirliyi qarşısında qarşısında keçirilmiş etiraz aksiyasını pisləyib və gələcəkdə diplomatik nümayəndəliyə hücumların qarşısının alınmasında bu ölkə rəhbərliyinin öhdəlik daşıdığını bəyan edib.
Şəffaflıq.az “TASS” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Dövlət katibi Pompeo bu gün İraqın Baş Naziri Adil Əbdül Mehdi ilə danışıb və ABŞ-ın Bağdaddakı səfirliyinə İranın dəstəyi ilə həyata keçirilən terror hücumunu sərt şəkildə qınayıb”, - deyə məlumatda qeyd olunur.
M.Pompeo, həmçinin “İraq rəhbərliyinin gələcəkdə ABŞ-ın diplomatik nümayəndəliyinə yönələcək hücumların qarşısını almaqla bağlı öhdəlik daşıdığını qeyd edib”. Dövlət katibi bildirib ki, ABŞ “İraqı azad, müstəqil və suveren görmək” istəyir və əlavə edib ki, “Birləşmiş Ştatlar prezident Donald Trampın rəhbərliyi altında bu məqsədə nail olmaq üçün əlindən gələni edəcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}