ABŞ Norveçdən tələb etdi - "İŞİD-çiləri təhvil al"
ABŞ Norveç hökumətindən “İslam dövləti” terror təşkilatının Krallığın vətəndaşları olan silahlılarını geri qaytarmağı xahiş edir.
Birləşmiş Ştatların fikrincə, silahlılar Norveçə müstəqil gəlsələr, Krallıq üçün bunun nəticələri acınacaqlı ola bilər. Buna görə də ABŞ Norveç hökumətindən xahiş edir ki, silahlıların Suriyadan Norveçə qaytarılmasını özü təmin etsin.
ABŞ-ın Norveçdəki səfirliyindən NRK-ə deyiblər: “Hökumətlərin öz vətəndaşlarını repatriasiya etmələri bizə həmişəkindən daha çox lazımdır. Xarici döyüşçülər öz ölkələrinə müstəqil gəlsələr və nəzarətsiz qalsalar, bunun çox ciddi nəticələri olacaq. ABŞ Prezidenti bu təhlükəni bir neçə dəfə vurğulayıb”.
Lakin Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Audun Holvoşen jurnalistlərə müsahibəsində bildirib ki, ölkə xarici silahlıların onların cinayət törətdikləri yerdə cəzalandırılmasını istəyir.
Prezident Donald Tramp daha əvvəl bəyan edib ki, Avropa ölkələri əslən bu ölkələrdən olan silahlıların qaytarılması üzərində işləməlidirlər.
Şəffaflıq.az
Facebook-da paylaş