Mikroavtobus süpürgəçini vurub öldürdü
Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən maşın vurub.Qadın xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








