Polis 17 yaşlı oğlanı vurdu - Azərbaycanda

Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.
Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}