Şamaxıda üzüm plantasiyalarının sahəsi 83,3 hektar artıb

 2018-ci ildə Şamaxı rayonunda 83,3 hektarda yeni üzüm plantasiyaları salınıb və beləliklə, bağların sahəsi 1793,3 hektara çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni bağlar əsasən “Az-Granata” MMC və “Mədrəsə Aqro” MMC tərəfindən salınıb.
Qeyd edək ki, son illər bölgədə üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür və Şamaxı bu sahədə sovetlər birliyi dövründəki şöhrətini qaytarmaq əzmindədir. Hazırda plantasiyaların 1612 hektarı məhsuldardır. Ötən il 9972 ton üzüm istehsal olunub ki, bu göstərici əvvəlki ildəkindən 1572,5 ton çoxdur. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}