Şamaxıda 43 yaşlı kişi də dəm qazının qurbanı oldu
Şamaxı sakini dəm qazından boğularaq ölüb.
Şəffaflıq.az məlumat verir ki, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş