Alimlər, göbələyin gələcəyin super qidası olacağını düşünür.
İrlandiyanın Monaqan qraflığı, dünyanın ən böyük göbələk istehsalçılarından birinə ev sahibliyi edir.
İstehsalçılar, göbələk fabriklərinin də eynilə göbələklər kimi gələcəkdə çoxalacağını iddia edir.
BioRescue layihəsi daxilində İrlandiya, 40-dan çox elm insanının göbələklər və təbii gübrələr üzərində ətraflı şəkildə araşdırmalar apardığı laboratoriyalara malikdir.
Bu araşdırmalar bəzi nəticələr əldə etməyə imkan verdi.
MBio adlı layihənin başında iştirak edən adlardan Peter Korkoran bu barədə belə deyib: "Göbələklərin özlərinə aid bir krallığa sahib olduğuna inanırıq. Heyvanlar və bitkilərin arasında özlərinə xüsusi bir bölgəyə sahibdirlər".
MBio layihəsi çərçivəsində bioloq Cudi Uilson da göbələklərin nə qədər faydalı olduğuna dair bənzər bir şərh verdi: "Göbələklər, sağlamlığınız üçün olduqca faydalıdır. Yağ nisbətinin aşağı olması ilə yanaşı lif və zülal baxımından da zəngin bir qidadır. Bundan əlavə, göbələklər, minerallar və vitaminlər ehtiva edir".
Göbələkləri super qida olaraq adlandıran Korkoran, sözlərinə belə davam edib: "Eynilə dərimizdə olduğu kimi göbələklər də gün işığından D vitamini əldə edər. Bu müddəti təbii yollarla reallaşdırması isə göbələkləri veqan formasında bir D vitamini mənbəyi halına gətirir. Dünya daxilində D vitamini çatışmazlığı olduqca geniş yayıldığını nəzərə alsaq, göbələklər bu problemi həll etmək üçün ən yaxşı yollardan biridir".
Şəffaflıq.az
Facebook-da paylaş