Broyler toyuqları bu xərçəng riskini artırır – Sübut olundu


 


Son zamanlar xərçəngi artıran qırmızı ət barədə çoxsaylı araşdırmalar aparılıb və alimlər insnaları qırmızı əti, xüsusən qızarmış halda az yeməyi tövsiyyə edir. Ona görə bir çoxları hind quşu, toyuq, cücə ətinə keçərək, daha sağlam qidalanma yolunu seçir.

Alimlər quş ətlərinin də müntəzəm və çox qəbulunun prostat, dəri və limfoma xəstəliyi riskini yüksəldir.

Bİr çox fast fud növlərinin toyuq ətindən olmasını nəzərə alsaq, uşaq və gənclər daha çox qızarmış toyuq əti qəbul edir.

Oksford univfersitetinin alimləri 2006-2014-cü illəri əhatə edən tədqiqatlarında 474 min nəfər müxtəlif yaş qrupunda kişi və qadının sağlamlığı və qidalanma tərzi üzərində araşdırma aparıblar. Tədqiqatın əvvəlində onlardan heç kimdə xərçəng xəstəliyi yox idi.

Elmi işin sonunda 23 min nəfərdə xərçəng aşkarlanmışdı.

Sorğular göstərdi ki, limfoma, prostat və dəri xərçənginə tutulanlar daha çox hər gün toyuq əti yeyənlər idi.

Xüsusilə bu insanların böyük əksəriyyətinin broyler məhsulu, fast fud qidalarında quş əti qəbul etdiyi aşkarlanıb.

Mütəxəssislər hələ ki, toyuq ətinin hazırlanması ilə xərçəng arasında əlaqəni araşdırır.

Alimlər quş ətini həftədə 2 dəfədən artıq yeməməyi, eləcə də hormonlarsız və antibiotiklərsiz yetişən quş əti seçməyi məsləhət görür. Xüsusən uşaq və yeniyetmələrə hər gün qızarmış toyuq verməyin.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}