Bakıda 170 minlik cinayət – 4 nəfər həbs edildi
Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.
30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə sübhəli bilinən Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.Teleqraf.com
Xəbəri paylaş
Facebook-da paylaş