“Milliön” ödəmə terminallarından gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
İdarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən edilib ki, müvafiq olaraq işlədiyi şirkətin inkasatr vəzifəsində çalışan İ.Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan “Milliön” ödəmə terminallarından ayrı-ayrı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollarını talayıb.
İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Eləcə də onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarların sürətini çıxarmaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ŞƏFFAFLIQ.Az
Facebook-da paylaş