DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi – Foto

  Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.
 Şəffaflıq.az xəbər verir ki, paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb.
Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.
Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin Amil Məmmədovun Nərimanov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.
Faktla bağlı 18-ci polis şöbəsində toplanan materiallar Nərimmanov rayon Polis İdarəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-cı polis şöbəsinə müraciət edə bilərlər.Həmçinin Amil Məmmədovun Nərimanov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.
Faktla bağlı 18-ci polis şöbəsində toplanan materiallar Nərimmanov rayon Polis İdarəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-cı polis şöbəsinə müraciət edə bilərlər.Teleqraf.com   

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}