Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu
Sabirabad rayonunda dörd yaşlı uşaq kanalda boğulub. Şəffaflıq.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb. 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən oradan keçən kanala düşərək boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş