Əsas Səhifə > Hadisə > Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu

Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu


25-07-2024, 09:35

Sabirabad rayonunda dörd yaşlı uşaq kanalda boğulub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən oradan keçən kanala düşərək boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.



Geri qayıt