Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb
Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib. Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş