Albaniyada zəlzələdən ölənlərin sayı artdı, 150 nəfərdən çox yaralı var
Şəffaflıq.az xəbər verir ki, Albaniyada baş vermiş güclü zəlzələnun qurbanlarının sayı dörd nəfərə çatıb, azı 150 nəfərin yaralı olduğu bildirilir.
Mlumatı “Assoşieyted Press” aganetliyi yerli hakimiyyətə istinadən yayıb. İlkin məlumatda bir nəfərin həlak oduğu deyilirdi – Kurbin əyalətinin sakini təşvişə düşərək pəncərədən atılmışdı.
Tirana yaxınlığındakı təkanların maqnitudası 6,4 bal təşkil edib. Paytaxt Tiranadan 30 kilometrlik məsafədə yerləşən iki yaşayış evi dağılıb. Kavaya şəhərində də daha iki bina çöküb. Dağıntıların altında insanlar qalıb, xilasedicilər hadisə yerində çalışırlar. Yüzlərlə insan tibbi yardım almaq üçün xəstəxanalara müraciət edib, onların dəqiq sayı hələlik bəlii deyil.
Facebook-da paylaş