İsrail İrana cavab zərbələri endirəcək
İsrail öz ərazilərinin raket atəşinə tutulacağı halda İrana cavab vermək niyyətindədir. Şəffaflıq.az-ın məlumatına görə, bunu İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman sosial şəbəkə hesabında bəyan edib. O, həmçinin qeyd edib ki, "Hizbullah" qruplaşmasının gərginliyi davam etdirəcəyi təqdirdə İsrail Livana da zərbə endirəcək. "İran tərəfindən hər hansı bir atəşə güclü cavab veriləcək. Livandan açılan hər hansı atəş Dahiyəyə zərbə ilə nəticələnəcək", - o yazıb. Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran bunu İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah"a qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq IDF İranın mərkəzi və qərb rayonlarındakı hərbi obyektlərə zərbə endirib. ABŞ Prezidenti Donald Tramp İranı və İsraili təmkinli olmağa çağırsa da, bu, heç bir nəticə verməyib.
Facebook-da paylaş








