Moldova səfiri Rusiya XİN-ə çağırılıb


Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Ona rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 34-cü konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz edilib.

Rusiya XİN-dən bildirilib ki, Dariusa Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfinin Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etdiyi çatdırılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}