Əsas Səhifə > REGİON > Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Rusiya XİN-ə çağırılıb29-03-2024, 22:58 |
Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Ona rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 34-cü konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz edilib. Rusiya XİN-dən bildirilib ki, Dariusa Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfinin Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etdiyi çatdırılıb. Şəffaflıq.az Geri qayıt |